Aktyor Çağatay Ulusoy sevgilisinin rol aldığı teatr tamaşasının qalasında iştirak edib.
OLAY yazır ki,o aktrisa Aslıhan Malboranın rol aldığı “Eyşanın tabiatı” adlı tamaşanın dünən keçirilən qala gecəsində iştirak edərək sevgilisinə dəstək olub. Aktyor həmçinin aktrisa və tərəf müqabillərinin səhnədə çəkilmiş şəkillərini paylaşaraq onlara dəstək olub.
Tamaşanın sonunda Ulusoy sevgilisini ayaq üstə alqışlayıb. Cütlüyün pərəstişkarları onun bu jestlərini bəyənib.