“Maska” şounun növbəti bölümü yayımlanıb.

OLAY yazır ki, buraxılışda “İlbiz” maskası yarışa vida edib. Nəticədə sözügedən obrazın Avroviziya təmsilçimiz Samira Efendi olduğu üzə çıxıb.

Efendi onun performansından sonra münsiflər tərəfindən səslənən təxminləri yada salaraq “Burada Nəfəs də oldum”, - deyə, gileylənib.