Məşhur sənətçi Bülent Ersoy Kayseridə verdiyi konsertdə səhnədəki davranışları ilə diqqət çəkib.
OLAY yazır ki, “Heç Kayserili ərim olmadı” sözləri ilə zalı güldürən Ersoy tamaşaçılardan birinin konsert zamanı fasiləsiz danışmasından narahat olub.
Usta sənətçi onu “Sən sus da” deyərək danlayıb:
“İki min lirə verib, dayanmadan danışır. Bunu sakitləşdirin, mən bunu dinləyəcəyəm?”.