ABŞ Prezident Donald Tramp Bəd Banninin “Super Bowl” fasilə şousunu sərt sözlərlə tənqid edib.
OLAY yazır ki, bu barədə o, “X”də status paylaşıb:
“”Super Bowl”un şousu bərbad idi. Ən pis şoulardan biri sayılardı. Heç bir mənası yox idi, Amerikanın ucalığına açıq hörmətsizlik idi və uğur, yaradıcılıq, mükəmməllik kimi dəyərlərimizi heç cür əks etdirmirdi. Bu adamın nə dediyini kimsə başa düşmür, rəqslər isə iyrənc idi — xüsusən də ekran qarşısında olan uşaqlar üçün son dərəcə narahatedici oldu. ABŞ-nin dörd bir yanında və dünyanın hər yerində izlənilən bu şou ölkəmizə vurulmuş bir sillə kimi idi. Halbuki ölkəmiz hər gün yeni rekordlara imza atır, buna tarixin ən güclü birja göstəriciləri və pensiya sistemi də daxildir. Bu şouda ilhamverici heç nə yox idi. Buna baxmayaraq, yalan xəbər səhifələri bunu tərifləyəcək, çünki real dünyada nələrin baş verdiyindən xəbərsizdirlər. Bu arada, NFL-də bu absurda çevrilmiş yeni “kickoff” qaydasını dərhal dəyişməlidir. Amerikanı yenidən böyük edək!”.
Qeyd edək ki, Bəd Banninin çıxışı 135,4 milyon izləyiciyə çataraq “Super Bowl” fasilə şouları tarixində ən çox izlənən performanslardan biri kimi rekord qırıb.