Xalq artisti Röya Ayxan Xalq artisti Aygün Kazımova ilə illər sonra birgə görüntülənməsi haqda danışıb.
OLAY yazır ki, “Tarixin bir günü” verilişində qonaq olan sənətçi bunları söyləyib:
“Bəzi məqamlar yaşandı ki, mən ora qayıtmaq istəmirəm. Aygün xanıma dedim bu səfər nəsə olsa, gərək sənəti tərk edim. Biz bu səfər tanış olduq. Mən hər zaman hörmətini saxlamışam, salamlaşmışam, qucaqlamışam. Çox hallarda bir yerə gedəndə görürəm ki, o da qırmızı geyinib, mən də. İkimiz də eyni vaxtda tüklü geyim tikdirirdik. Biz sevgi doluyuq və mən əminəm ki, bu sevgi çox gözəl dostluğa çevriləcək. Mən Zülfiyyə Xanbabayeva ilə də çox gözəl dostam. Gözəl dostluğumuz olacaq”.