Aktrisa Pamela Anderson təbii görünüşünə sadiq qalmaqda davam edir.
OLAY yazır ki, aktrisa “Venesiya Film Festivalı”na qatılıb. Qırmızı xalça üçün Anderson parlaq narıncı rəngdə uzun libas seçib. Görünüşünü səliqəli buruq saçlardan ibarət retro saç düzümü tamamlayıb.
Bəzi sosial şəbəkə istifadəçiləri Andersonun geyimini və saç düzümünü tənqid ediblər. Onların fikrincə, libasın narıncı rəngi aktrisanın dərisini vizual olaraq daha solğun göstərib, nazik qaşları və retro buruqları isə ona daha yaşlı görünüş verib.
Bəzi istifadəçilər isə başqa bir məqama diqqət çəkiblər. Onlar Andersonun həqiqətən kosmetikadan tamamilə imtina etdiyinə şübhə ilə yanaşaraq, görünüşünün hazırlanması zamanı haylayter, qaş qələmi, göz kölgəsi, layner, tuş, pomada və dodaq parıltısından istifadə edildiyini ehtimal ediblər.