Türkiyədə bir sıra məşhur şəxslər narkotik əməliyyatı çərçivəsində saxlanılıb.
OLAY yazır ki, saxlanılanlar arasında Aras Bulut İynemli, Sefo, Melis Sezen, Nilperi Şahinkaya, Hasan Şaş, Melis İşiten, Hazal Filiz Küçükköse və digər tanınmış şəxslərin olduğu bildirilib.
İstanbulda 24 ünvanda keçirilən əməliyyat zamanı 1 qram kokain, 1 qram marixuana, 11 ədəd sintetik dərman və çoxsaylı rəqəmsal material müsadirə edilib.