Türkiyə şou-biznesində və media dünyasında böyük səs-küyə səbəb olan yeni əməliyyat başladılıb.
OLAY yazır ki, Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən araşdırmalar çərçivəsində, cəmiyyətdə tanınmış sənətçi, aktyor, iş adamı və klub menecerlərinə qarşı irimiqyaslı narkotik əməliyyatı keçirilir
Baş prokurorluğun göstərişi ilə İstanbul İl Jandarma Komandirliyi tərəfindən icra edilən əməliyyat çərçivəsində ümumilikdə 25 şübhəli şəxs haqqında saxlama və axtarış qərarı çıxarılıb. Şübhəlilərin narkotik maddə istifadə etməsi, istifadəsini asanlaşdırması və ya bunun üçün yer təmin etməsinə dair ciddi sübutların əldə olunduğu bildirilir.
Keçirilən əməliyyat zamanı indiyə qədər Türkiyənin məşhur sənət və media nümayəndələri saxlanılaraq nəzarətə götürülüb. Onların sırasında Sıla Gençoğlu (Müğənni), İlyas Yalçıntaş (Müğənni),
Mehmet Fatih Aksoy (Tanınmış prodüser, MED Yapım-ın rəhbəri), Ateş İnce, Şefik Ömer Dolman, Aybüke Albere, Ayşe Nur Balcı, İrem Haznedar (Model) və Öner Faruk Işık var.