Keçən mövsümün ən uğurlu seriallarından biri olan türk istehsalı “Halef” serialının baş rol aktrisası Biran Damla Yılmaz iki illik nişanlısı Abdurrahman Aydın tərəfindən irəli sürülən ittihamlarla üz-üzə qalıb.
OLAY yazır ki, Aydın iddia edib ki, ondan ayrılan Yılmaz Almaniyada estetik əməliyyat etdirib və borcunu ödəmədiyi üçün qırmızı bülletenlə axtarışdadır.
Məsələ ilə bağlı sükutunu pozan məşhur aktrisa onun haqqında irəli sürülən iddialara cavab verib:
“Uzun müddət susdum. Haqqımda bir çox əsassız iddialar ortaya atıldı. Mən 14 yaşımdan işləyirəm. Xəstəliyimə və əməliyyatlarıma baxmayaraq, həmişə işimin başında olmuşam. Xəyallarımın ardınca gedib uğur qazanmağa başladığım bir dövrdə təəssüf ki, bunları yaşayıram. Bir qadının həqiqətən uğurlu olması niyə bu qədər narahatlıq yaradır? Kişilik bir qadının mənasız sənədlərini mətbuata verməklə hədələməkdirmi? Həqiqi kişi bir vaxtlar evlənmək istədiyi qadın haqqında belə danışarmı? Bir kişini sevib ona güvənməyin nəticəsi bu çirkin mənzərə oldu. Bu, kişilik deyil! Bu müddətdə yaşadıqlarım mənə qadın olmağın çarəsizliyini və qorxusunu, hətta sahib olduğum imkanlara baxmayaraq, iliklərimə qədər hiss etdirdi. Heç kimin bir qadına bunları yaşatmağa haqqı yoxdur. Bu cür zorakılığı tətbiq edən kişilər utanmalıdırlar. Bir kişini sevib ona güvənməyin nəticəsi bu olmamalıdır...”.