ABŞ-də keçirilən 98-ci “Academy Awards” mərasimində 2025-ci ilin ən yaxşı film və kino xadimləri mükafatlandırılıb.
OLAY yazır ki, Los-Ancelesdə yerləşən “Dolby Theatre” səhnəsində baş tutan mərasimdə bir sıra filmlər və aktyorlar gecənin qalibləri sırasında yer alıb.
Əsas kateqoriyalar üzrə qaliblər belədir:
Ən yaxşı film – “One Battle After Another”
Ən yaxşı rejissor – Pol Tomas Anderson – “One Battle After Another”
Ən yaxşı kişi aktyor – Maykl B. Cordan – “Sinners”
Ən yaxşı qadın aktrisa – Cessi Bakli – “Hamnet”
Ən yaxşı ikinci plan kişi aktyor – Şon Penn – “One Battle After Another”
Ən yaxşı ikinci plan qadın aktrisa – Emi Madiqan – “Weapons”
Digər əsas kateqoriyalarda isə qaliblər belə olub:
Ən yaxşı beynəlxalq film – “Sentimental Value”
Ən yaxşı animasiya filmi – “KPop Demon Hunters”
Ən yaxşı sənədli film – “Mr. Nobody Against Putin”
Ən yaxşı səs – “F1”
Ən yaxşı vizual effektlər – “Avatar: Fire and Ash”
Ən yaxşı prodakşn dizaynı, makiyaj və kostyum – “Frankenstein”
Gecənin ən çox mükafat qazanan filmi “One Battle After Another” olub. Film bir neçə əsas kateqoriyada qalib gələrək mərasimin əsas qalibi kimi yadda qalıb.