Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınır.

OLAY yazır ki,  2015-ci ildən etibarən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi olaraq “Son zəng” tədbiri iyunun 14-nə düşsə də, həmin tarix bazar gününə təsadüf edir. Bu səbəbdən “Son zəng” iyunun 13-də keçirilir.