Cennifer Lopez konsertində Mark Antoni ilə boşanmasının nə qədər çətin olduğunu xatırlayıb və dörd uğursuz evliliyi barədə zarafat edib.

OLAY yazır ki, Cey Lo zarafatla deyib ki, üçüncü boşanmadan sonra “mən mütəxəssis olmağa başlamışam”, sonra isə tamaşaçılardan gülməməyi xahiş edib.

“Ciddi deyirəm, bu, gülməli deyildi. Həqiqətən çox çətin bir dövr idi. Mən artıq hər şeyi buraxmaq üzrəydim. İki üçyaşlı əkizlə tək idim”, - deyə, sənətçi bildirib.

Sonra J.Lo kişi tamaşaçılara müraciət edib və onlara “kiçik bir sirr” açmaq qərarına gəlib:

“Qadınlara çox şey lazım deyil! Sizdən tələb olunan tək şey bir az sevgidir. Siz bizə bir az sevgi, incəlik və diqqət versəniz, biz sizə yüz dəfə çoxunu qaytaracağıq”.