Türk aktyor və müğənni Emre Altuğ iki övladının anası olan keçmiş həyat yoldaşı Çağla Şıkel ilə evliliklərinin sona çatması barədə danışıb.
OLAY yazır ki, Altuğ “Heç ikinci dəfə evlənməyi düşünmədiniz?” sualını belə cavablandırıb:
“Xeyr, bunu heç düşünmədik. İnsan bəzən “Görəsən, bir daha cəhd etsək, alınarmı?” deyə fikirləşir. Amma nə dəyişəcək ki? Mənim belə bir sözüm var: Eyni yolda eyni dayanacaqdan iki dəfə keçirsənsə, deməli, yolu səhv salmısan. “Hər son yeni bir başlanğıcdır” fəlsəfəsi ilə yaşamaq və həyatın qaldığı yerdən davam etməsinə imkan vermək lazımdır.”