Ötən il ağır qəzada yerimə qabiliyyətini itirən gənc müğənni Ayla Şiriyeva (Aila Rai) artıq yeriməyə başlayıb.
OLAY yazır ki, bu barədə sənətçi özü məlumat yayıb. O, yeridiyi videonu paylaşaraq sevincini bölüşüb:
“Bu gün hər addımım mənə xatırladır ki, insan iradə ilə öz taleyini dəyişə bilər. Əgər sən də yorulmusansa, təslim olmağa tələsmə. Həyat bəzən ən gözəl hədiyyələrini ən ağır sınaqlardan sonra verir. Bu gün ata bildiyim hər addım mənə bir şeyi xatırladır: insan yıxıla bilər, amma yenidən ayağa qalxmaq qərarı onun öz əlindədir. Dua edin, sabah bu gündən daha güclü addım atım”.