Müğənni Ayan Babakişiyeva paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi “Bazarstore” mağazalar şəbəkəsindən şikayətlənib. Ayan bildirib ki, sözügedən mağazadan aldığı şokolad qurdlu çıxıb:

“Buna baxın, aralayıram içindən nələr çıxır. Əməlli, bildiyiniz qurdlardı. “Bazarstore”la heç bir problemim yoxdur, hər zaman buradan alıram. Amma xoşagəlməz haldır. Bir dəfə də belə hal yaşamışdım”.