Bu il Azərbaycan üzrə “Google” və “Youtube”da ən çox axtarışa verilən adlar və sözlər açıqlanıb.

Əlizadə Bayramovun xüsusi olaraq OLAY üçün etdiyi araşdırmada məlum olub ki, “Google”da ən çox axtarılanlarda ilk yeri bu il trendə çevirilən “Squid Game” serialı tutur.

Sonrakı 9 pillədə isə karantin rejimi ilə bağlı olan rəsmi prosedurların yer aldığı saytlar, həmçinin bir sıra mobil tətbiqetmələr tutur.

Azərbaycanda ən çox onları axtarıblar

Azərbaycan üzrə ən çox axtarılan məşhurlar sırasına bloger Aynişan Quliyeva başçılıq edir.

Azərbaycanda ən çox onları axtarıblar

İkinci pillədə aktrisa Pərvin Abıyeva,üçüncü yerdə isə idmançı Kamil Zeynallıdır.

Azərbaycanda ən çox onları axtarıblar

Müğənni Hiss ən çox axtarılan qadın ifaçılar sırasında ilk pillədədir. Onun “Karma” ifası isə ən çox “search” edilən mahnılarda birinci yeri tutub.

Azərbaycanda ən çox onları axtarıblar

Bu il ən çox axtarışa verilən kişi müğənni isə “Dolar” mahnısı ilə adını bu pilləyə yazdıran Fərid Həsənovdur (Farid Gasanov).

Azərbaycanda ən çox onları axtarıblar

Ümumilikdə ölkəmizdə axtarış sistemini məşğul edən isə “Kardeşlerim”, “Aşk mantık intikam”, “Kalp yarası”, “Baht oyunu” və “Yargı” adlı türk seriallarıdır.

Azərbaycanda ən çox onları axtarıblar