İnfluenser Aysel Şükür AZAL-dan şikayətlənib.
OLAY yazır ki, bu barədə Aysel instaqramda paylaşım edib. O, uçuşda problem olduğunu bildirib:
“Uçuş boyu 45 dəqiqə ancaq ağlamışam, qışqırmışam, elə bil təyyarə yerindən çıxırdı. Panik-atakım necə tutmuşdusa heç cür sakitləşə bilmirdim. Uzun aradan sonra hələ belə bərbad uçuşumuz olmamışdı. Çox bərbad. Təyyarə bərbad idi. Enəndən sonra hələ bu yağışlı havada avtobusa qədər ayaqla gəlmişik, minənə kimi su olduq. Bir Allah bilir necə gəldik. Bir sözlə, bərbad. Hər dəfə AZAL-a şans verməyə çalışıram, amma getdikcə hər şey pisləşir. Hələ guya 45% endirim ediblər. Dünən soruşuruq, guya 50 istiqamətə endirim var. Soruşduğumuz yer adi vaxt 1400 manatdırsa, indi 1470 manat olub. Gülməlidir sadəcə. Endirim bunun harasındadır? Hələ həmin yerə 600 manata da bilet satırdılar arada”.