Aparıcı Leyla Quliyeva mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib.
OLAY yazır ki, L. Quliyeva mərhum sənətçinin “Söhbət musiqidən gedir” verilişindən görüntülərini paylaşaraq bunları yazıb:
“2023-cü il 24 dekabr... Bu günü heç vaxt unutmayacağam. Aygün, əbədi sənətkarım, bu gün də, hər zaman yadımdasan. Ürəyimdəsən! Görüşənədək! Ruhun şad olsun!... Ümid də var idi, arzular da.. Konsert də oldu, ev də.. Bircə Aygün bu dünyadakı missiyasını bitirdi elə bil... Bir ömür darıxmaq qaldı bizə...”.