Müğənni Beyons və Cey-Z cütlüyünün Nyu-Yorkun dəbdəbəli East Hampton bölgəsində yerləşən evinin əsas giriş qapısına bir avtomobil çırpılıb.
OLAY yazır ki, avtomobili idarə edən 63 yaşlı kişi yüksək sürətlə hərəkət edərkən mexaniki təhlükəsizlik maneələrinə çırpılıb və nəticədə ciddi maddi ziyan yaranıb.
Qəza zamanı xəsarət alan sürücü əvvəlcə müalicə üçün xəstəxanaya aparılıb, daha sonra isə saxlanılaraq həbs edilib.
Evə çırpılan avtomobil müsadirə olunub və hadisə ilə bağlı araşdırma davam edir.