Avroviziya 2026 üçün artıq 100 gündən az bir müddət qalıb.

OLAY 12xal-a istinadən yazır ki, müsabiqənin ölkəmizdəki rəsmi yayımçısı İctimai TV isə artıq yanvar ayının 18-dən bəri seçimlərə "stop" deyib.

Əldə etdiyimiz məlumatlara görə isə artıq ilkin mərhələ tamamlanıb və bir neçə artist dinləmələrə dəvət edilib.

Daha öncəki illərin təcrübəsinə əsasən isə təxminimiz odur ki, qısa zamanda "fokus qrup" adlanan komanda öz favoritini seçəcək və təmsilçi məlum olacaq.