Türk müğənni Atilla Taşın Mersində yaşayış kompleksindəki binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən qızı Sezen Taş (34) son mənzilə yola salınıb.

OLAY yazır ki, hadisə dünən səhər saatlarında Mersinin Erdemli rayonunun Çeşmeli məhəlləsində, Liparis 5 istirahət kompleksində yerləşən binada baş verib.

İddialara görə, Sezen Taş binanın 14-cü mərtəbəsindən yıxılıb. Hadisə barədə məlumat verildikdən sonra əraziyə tibbi yardım briqadaları cəlb olunub.

Həkimlərin müayinəsi nəticəsində iki uşaq anası Sezen Taşın həyatını itirdiyi müəyyən edilib.

Atilla Taşın qızı dəfn olundu