Əməkdar artist Mehriban Xanlarova “Günə uğurla” verilişində maraqlı açıqlamalar edib.

OLAY yazır ki, keçmişdəki dostluqlardan danışan sənətçi bu sözləri deyib:

“Deyirlər ki, sirrini vermə dostuna, dostunun da dostu var. Əvvəllər dostluq da var idi, ağzıbütövlük də var idi,evinə gəlsə canını verəcəyin insanlar var idi. İndi arxadan elə işlər görürlər, deyirsən İlahi, bu mənim dostum idi? Bu mənim evimdə çörək kəsən insan idi? Bizim evimiz balaca olsa da, mən sevirəm qonaq gəlsin. Qapım hər kəsə açıqdır. Ancaq arxadan aldığım zərbələri gördükcə deyirəm kaş anamın dili olsaydı, qulağı eşitsəydi ən çox onunla dərdləşərdim, sirrimi bölüşərdim. İçimdə o qədər sirrlər var ki, anamla bölüşə bilməmişəm. Mən hər kəsin yanında olan insanam. Kiminsə problemi olsa gecə 3-də də zəng etsə gedərəm”.