Müğənni Ariana Qrande və İtan Slater üç illik münasibətlərindən sonra ayrılıb.
OLAY yazır ki, məşhurlar bir neçə ay əvvəl münasibətlərini bitirmək qərarına gəliblər, lakin dost qalmağı bacarıblar. Qeyd olunur ki, Ariana və İtan hələ də əlaqə saxlayır və bir-birini dəstəkləyirlər.
Xatırladaq ki, Ariana Qrande və İtan Slater arasındakı münasibət 2023-cü ilin yayında məlum olub. Bu sevgi böyük qalmaqalla müşayiət olunub, çünki hər ikisi əvvəlki münasibətlərini dayandıraraq birlikdə olmağa başlayıblar. Ariana bu səbəbdən tez-tez tənqid olunur və İtanın ailəsini dağıtmaqda ittiham edilirdi.