Azərbaycanlı iş adamı Araz Ağalarovun həyat yoldaşı Alena Ağalarova Moskvada yeni butikinin açılışını edib.

OLAY yazır ki, oktyabrın 8-də baş tutan açılış mərasiminə Araz Ağalarov da qatılıb.

Cütlük daha öncə “DreamFest”də kameralara tuş gəlsə də, ilk dəfə media qarşısına birgə çıxıb.

Alena Ağalarovanın TISSAGIO adlı brendi ev tekstili və interyer məhsulları üzrə ixtisaslaşıb.