Müğənni Madonna Los-Felisdə Ancelina Colinin malikanəsinin yeni sahibi olub.
OLAY yazır ki, sövdələşmə 24,75 milyon dollar məbləğində başa çatıb, Coli evi sentyabrın sonunda məhz bu qiymətə satıb.
Madonna daşınmaz əmlaka hələ avqust ayında maraq göstərib: müğənninin nümayəndələri agentlərlə əlaqə saxlayıb və onun üçün evə özəl video-tur təşkil edilib. Həmin vaxt müğənni Los-Ancelesdə olmadığı üçün evi məsafədən, onlayn şəkildə nəzərdən keçirib.