Məşhur aktrisa Ancelina Coli ilə atası Com Voyt arasındakı münasibətlər uzun illərdir gərgin olaraq qalır.
OLAY yazır ki, son illərdə ata və qız demək olar ki, əlaqə saxlamırlar. Buna əsas səbəb isə keçmiş ailədaxili incikliklərdir.
İddialara görə, problemlər hələ Colinin uşaqlıq illərində başlayıb. Valideynləri 1976-cı ildə boşandıqdan sonra aktrisa anası Marşelin Bertrand ilə qalıb. O, Voytdan xəyanətə görə ayrılıb.
Daha sonra Ancelina dəfələrlə atası ilə münasibətlərində problemlər olduğunu etiraf edib. 2002-ci ildə isə atasının onun “psixi problemləri” barədə verdiyi ictimai açıqlamalardan sonra ondan tamamilə uzaqlaşıb. Qısa müddət sonra aktrisa hətta “Voyt” soyadından da imtina edib.