“Netflix” seriallarının ulduzu, aktyor Terrell Karter etiraf edib ki, anası onu 11 yaşında dünyaya gətirib.

OLAY yazır ki, bu barədə Daily Mail yazıb.

Karter bildirib ki, onun anasını 26 yaşlı qohumu zorlayıb və cinsi istismara məruz qoyub. Aktyorun anası uşaq yaşlarından əlilliyi və ciddi sağlamlıq problemləri olub. O, doğulduğu zaman bir ayağı amputasiya olunmuşdu.

Ailənin heç bir üzvü onun hamilə olduğundan xəbərsiz olub. Hamı düşünürmüş ki, onun çəki artımı şiş və ya dərmanların yan təsirindən qaynaqlanır. Qohumlar elə bilirmiş ki, qız hamilə qala bilməz, çünki orqanları tam inkişaf etməmişdi.

Karter etiraf edib ki, doğulduğu fakt bir müddət ailə tərəfindən gizlədilib. Onun sözlərinə görə, nənəsi üçün ailədəki vəziyyətdən çox, “sabitlik təəssüratı” vacib idi.

Aktor qeyd edib ki, anası əqli geriliyi olan, çətin danışan bir qadın idi. Karter 5 yaşında artıq anasından daha çox intellektual səviyyədə olduğunu dərk edib. O, bu hekayəni paylaşdığını deyib ki, çətin ailələrdə böyüyən insanlar da açıq danışmağa və problemləri etiraf etməyə cəsarət tapsınlar.

Terrell Karter daha çox “Empire”, “Shooter”, “Beauty in Black” və “Diary of a Mad Black Woman” kimi layihələrdəki rolları ilə tanınır.

Anası onu 11 yaşında dünyaya gətiribmiş... Anası onu 11 yaşında dünyaya gətiribmiş...