Aktyor Hadson Uillyamsın İnternetdə yayılan köhnə bir fotosu müzakirələrə səbəb olub.
OLAY yazır ki, Hadsonun orta məktəb illərinə aid olduğu bildirilən köhnə şəkillər yenidən gündəmə gəlib. Həmin görüntülərdə onun üzünə markerlə svastika (qammalı xaç) simvolunun çəkildiyi görünür.
Məlumata görə, bu fotolar Hadsonun Kanadada orta məktəbdə oxuduğu dövrdə, hər il təşkil olunan məktəb düşərgələrindən birində çəkilib. Mənbələrin iddiasına əsasən, həmin tədbirlərdə yeniyetmələr arasında əyləncələr, yetkinlik yaşına çatmayanların spirtli içki qəbul etməsi və iştirakçıların bir-birinin köynəklərinə və bədənlərinə markerlə yazılar və şəkillər çəkməsi kimi hallar baş verib.
Qeyd edək ki, svastika simvolunun indiki dövrdə mənfi qəbul edilməsinin əsas səbəbi Adolf Hitler və Nasist Almaniyası ilə olan birbaşa əlaqəsidir.