Dünən həyat yoldaşı Alina Bozun Zorlu PSMdə səhnələşdirilən “Palamut Zamanı” tamaşası başlamamışdan əvvəl saxlanılan Umut Evirgen bu gün sərbəst buraxılıb.
OLAY yazır ki, o, Küçükçekmecedəki İstanbul Narkotik Şöbəsinə aparılıb və gecə yarısı ifadə verib.
İfadədə əsas məsələ “Kütüphane” adlı məkan olub. Son dövrlərdə Mehmet Akif Ersoyun məhkəmə işində adı tez-tez çəkilən, bir neçə gün əvvəl çox sayda polis və narkotik itləri ilə basqın edilən Etilerdəki “Kütüphane” adlı məkanın ona aid olub-olmadığı soruşulub.
Umut Evirgen isə bu məkanla heç bir əlaqəsinin olmadığını, daha əvvəl işlədiyi yerləri də artıq geri verdiyini bildirib.