“Yaprak dökümü”nün Ali Rza beyi Halil Ergünün başına iş gəlib.

OLAY yazır ki, sənətçi  süni intellektlə hazırlanmış saxta sənədlər və telefon zəngləri vasitəsilə qurulan milyonluq  dələduzluğun  qurbanı olmaqdan xilas olub.

Özünü polis kimi təqdim edən cinayətkarlar aktyora şəxsi məlumatlarının oğurlandığını və var-dövlətinin təhlükədə olduğunu deyərək onu 3 gün ərzində təzyiq altında saxlayıblar.

Halil Ergün hər şeyin çox inandırıcı olduğunu və az qala bütün məlumatlarını fırıldaqçılara ötürəcəyini bildirib. Lakin qonşusunun sayəsində sənətçi aldandığını başa düşüb.