Aktyor Elşən Orucov mərhum dostu Azər Baxşəliyevlə bağlı paylaşım edib.

OLAY yazır ki, Elşən Azərin ad günü olduğunu bildirib:

“Bu gün yenə sənin günündür, Azik… Səninlə keçirdiyimiz hər gözəl an üçün minnətdaram. Gülüşlərin, söhbətlərimiz və xatirələrimiz həmişə bizimlə qalacaq. Ad günün mübarək, əziz dostum. Adını bu şəhərin yaddaşına yazıb getdin. Səni böyük bir həsrətlə xatırlayır, çox darıxıram…”.