İnfluenser Mina Məmmədovaya ( Elchinmina) ağır itki üz verib.

OLAY yazır ki, blogerin nənəsi vəfat edib. O bildirib ki, nənəsi qızının ad günündə dünyasını dəyişib.

Lakin ailə üzvləri ondan bu kədərli xəbəri gizlədib və tədbirdə iştirak edib:

“Bu gün həyatımın ən ağır xəbərlərindən birini aldım... Sən demə, qızımın ad gününə gələn ailəm o böyük acını ürəklərində daşıya-daşıya mənim yanımda olublar. Mənim bir günlük sevincim yarım qalmasın, üzüm gülməyə davam etsin deyə, heç biri mənə bir kəlmə belə deməyib. İndi o anları düşündükcə ürəyim parçalanır... Mən gülümsəyirdim, onlar isə içlərində böyük bir kədəri gizlədirdilər. Allah sənə rəhmət eləsin nənəm.... Məkanın cənnət, ruhun şad olsun. Səni heç vaxt unutmayacağıq. Bu videoya hər baxanda atamın nə qədər böyük əziyyət çəkdiyini, içində nə qədər ağır yük daşıdığını hiss edirəm...

O bilirdi ki, mən bu günü necə həyəcanla gözləmişdim. Elə buna görə də, balamın ilk ad günü yarımçıq qalmasın deyə, öz anasının dünyasını dəyişdiyini mənə demədi.

Ata... Sən o ağrını ürəyində gizlədib, necə dimdik ayaqda dura bildin? Mənim sevincim yarım qalmasın deyə, öz kədərini içinə sığdırdın...”.