Aktrisa Sidni Suininin “Euphoria” serialındakı açıq səhnələri ekspertlərin narahatlığına səbəb olub.
OLAY yazır ki, onların fikrincə, aktrisa intim səhnələrlə qalıcı imic formalaşdırmaq riski ilə üz-üzədir və bu, onun karyerasına mənfi təsir göstərə bilər. Son bölümdə 28 yaşlı aktrisa erotik elementlər olan səhnələrin birində tam çılpaq görünüb.
Serialın üçüncü mövsümündə Suinin canlandırdığı Kessi Hovard adlı obraz “OnlyFans” üçün kontent hazırlayan şəxsə çevrilir. Aktrisanın özü isə qəhrəmanını şöhrət və pul uğrunda hər şeyə hazır olan “dəli biri” kimi xarakterizə edib.