Aktyor Stiven Siqal Rusiya vətəndaşlığını aldıqdan sonra ABŞ-dəki bütün əmlakını satıb.

OLAY yazır ki, 74 yaşlı aktyor xaricdəki aktivlərindən xilas olmaq üçün on il davam edən prosesini başa çatdırıb. Aktivlərin ümumi dəyərinin təxminən 1 milyard rubl (20 milyon manat) olduğunu bildirib.

Siqal üçün ən çətin satış Kaliforniyadakı malikanəsinin satışı olub. Alıcı tapılmadığı üçün evin qiyməti 12 milyon dollardan 7 milyon dollara endirilib. Ulduz daha əvvəl Tennessi ştatındakı mülkünü 880 min dollara, Arizonadakı gülləkeçirməz evini isə 3,5 milyon dollara satıb.