Xalq artisti Faiq Ağayev səhnə tərzi ilə bağlı ona irad yazanlardan danışıb.
OLAY yazır ki, bu barədə sənətçi Aynur Xəlilovanın “Hərşeyşünas” layihəsində açıqlama verib.
Ağayev başına gələn bir hadisədən söz açıb:
“Göyçayda gözəl konsertdə çıxış etmişəm. Qayıtmışam, bir yiyəsiz qız yazıb ki, o nə qeyri-ciddi pencəkdir geyinmişdin? Ona cavab verərlər? Qız elə söz yazar? Bəlkə də çox təhlükəli söz işlədəcəm. Elə qızı boğarlar ki, ay qız, abrın, ismətin olsun, küçə adamı kimi danışma. İncəsənət xadiminə “ciddi, qeyri-ciddi” iradı ilə yanaşarlar? Məmurla,siyasətçi ilə müğənni arasında fərq yoxdur? Həkimin ağ geyimini, kosmonavtın geyimini qəbul edirlər, müğənninin qaşlı pencəyini yox. Bu cür adamlar oksigen sərfidir”.