Keçmiş Hollivud prodüseri Harvi Vaynşteyn son səkkiz il ərzində cinsi xarakterli cinayətlərə görə həbsdə saxlanılır.
OLAY yazır ki, o, keçmiş köməkçisi Miryam Heyliyə qarşı cinsi zorakılıq işi üzrə daha 15 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, hadisə 2006-cı ildə Vaynşteynin Manhettendəki mənzilində baş verib. Həmin vaxt Vaynşteyn teleprodüserin köməkçisi Miryam Heylini onunla cinsi əlaqəyə məcbur edib.
Məhkəmədə Vaynşteyn peşman olduğunu bildirib. 74 yaşlı Vaynşteyn “Çoxsaylı peşmanlıqlarla yaşayıram və etdiklərimə görə səmimi şəkildə üzr istəyirəm” deyib.
Harvi Vaynşteyn keçmişdə məşhur və nüfuzlu Hollivud kinoprodüseri olub. Onlarla qadın, o cümlədən aktrisalar onu cinsi təcavüzdə, cinsi əlaqəyə məcbur etməkdə və zorlamaqda ittiham ediblər.