Supermodel Paulina Porizkova sevgilisi, 62 yaşlı Hollivud ssenaristi Ceff Qrinşteyn ilə evlənib.

OLAY yazır ki, bu barədə 61 yaşlı model İnstaqram hesabında paylaşdığı yeni statusdakı fotolarla məlumat verib.

Hazırda cütlük “Karlovı Varı” Beynəlxalq Film Festivalında iştirak edir. Bununla belə, aşiq cütlük nikahlarını bir neçə gün əvvəl İtaliyanın Florensiya şəhərində rəsmi şəkildə qeydə aldırıb.

61 yaşlı model evləndi 61 yaşlı model evləndi