Devid və Viktoriya Bekhemlərin yeganə qızı Harper Bekhemi çox parlaq gələcəyin gözlədiyi bildirilir.
OLAY yazır ki, Viktoriya Bekhem özü kimi dəb və makiyaja maraq göstərən qızı üçün artıq bir şirkət yaradıb. Bu şirkətin 2026-cı ilin sonlarında bazara çıxarmağı planlaşdırdığı yeni gözəllik markasının son illərin ən diqqətçəkən təqdimatlarından biri olacağı gözlənilir.
Layihəyə yaxın mənbələr bildirirlər ki, Harper marka və qablaşdırmadan tutmuş məhsul kateqoriyalarına və marketinq strategiyalarına qədər bir çox məsələdə influenser dostlarından rəy almaq üçün fəal şəkildə çalışır.
Əgər Harper bu auditoriyanı cəlb edə bilsə, bu onu Bekhem ailəsinin ən varlı üzvü edə bilər.