Türk müğənni Işın Karaca xeyli çəki atması ilə diqqət çəkib.
OLAY yazır ki, 2001-ci ildə çəkisi 130 kiloqrama çatan müğənni illər ərzində 75 kilo arıqlayaraq 55 kiloqrama düşüb.
Sosial şəbəkə istifadəçiləri Karacanın yeni görünüşünə “Tanımadım, tamam başqa Işın olub” kimi rəylər yazıblar. Müğənni isə qidalanma rejimini açıqlayaraq “Gündə cəmi bir dəfə yemək yeyirəm. Acanda dişlərimi fırçalayıram, bu da iştahamı azaldır. Ara qida kimi isə ayran, kefir və ya su içirəm” deyə bildirib.