Bu gün himnimizin sözlərinin müəllifi, şair, tərcüməçi Əhməd Cavadın 130 illik yubileyidir.

OLAY yazır ki, bu münasibətlə şairin nəvəsi Anar Axundzadə “Xəbər-ətər” verilişində qonaq olub.

Lakin proqramda aparıcı Zümrüd Bədəlovanın Axundzadəyə ünvanladığı sual müzakirə yaradıb.

Belə ki, Bədəlova 46 yaşlı Anara 1937-ci ildə repressiya qurbanı olan babasını görüb-görmədiyini soruşub.

Zümrüd “Babanıza çox bənzəyirsiniz. Onu görməmisiz” sualını verib. A. Axundzadə “Yox, 1937-ci ildə güllələnib”, - deyə bildirib.