Bəstəkar-müğənni Murad Arifin ötən günlərdə baş tutan konserti həm də uzun zamandır bir yerdə görüntülənməyən cütlüklərin də birləşdiyi yer olub.

OLAY-ın obyektivinə tuş gələn məşhurlar xanımları və bəyləri ilə pozalar veriblər.

Xalq artisti İlqar Muradov həyat yoldaşıyla ilk dəfə görüntülənib. Dayısı qızı ilə olan evliliyindən üç oğlu dünyaya gələn sənətçinin nəvələri də var.

Xanımları ilə gecədə...Əkizləri olan Doğuş və Xoşqədəm Baxşəliyeva cütlüyü də gecəyə qatılıb.

Xanımları ilə gecədə...Əməkdar artist Elnur Kərimov xanımı ilə poza verməkdən çəkinməyib.

Xanımları ilə gecədə...Sevda Yahyayeva tədbirə həkim həyat yoldaşı Zakir Bayramovla təşrif buyurub.

Xanımları ilə gecədə...DJ Seym isə gecələrin ritmini bu dəfə xanımı ilə Muradın konsertində tutmağa qərar verib.

Xanımları ilə gecədə...Uzun zamandır mediadan uzaq gəzən “Lider” TV-nin keçmiş rəhbəri Ədalət Əliyev və həyat yoldaşı Nailə Əliyeva da gülümsəyənlər sırasındadır.

Xanımları ilə gecədə...Aktyor Azər Baxşəliyev memar və rəssam həyat yoldaşı Nigarla konsertin dadını çıxarıb.

Xanımları ilə gecədə...FOTOLAR: Rüstəm Fərman