Əməkdar artist Vasif Məhərrəmli və müğənni Şəbnəm Qəhrəmanova arasındakı qalmaqal sosial şəbəkələrdə müzakirə doğurub. Bİr çox istifadəçi ilə yanaşı şou-biznes nümayəndələri də məsələyə münasibət bildiriblər.

Əksəriyyət Vasifin bir xanıma qarşı efirdə hörmətsizlik etdiyini düşünüb.

OLAY yazır ki, aparıcı-prodüser Tarix Əliyev (Tolik) bu barədə instaqramda paylaşım edib.

O, Şəbnəmin oğlu ilə fotosunu paylaşaraq ona dəstək nümayiş etdirib:

Vasifi qınadılar...

“Şəbnəm, ola bilər ki,  ətrafında bu gün olan bəzi müğənnilər oğlunun atasının puluna, ( indi o qədər pulu yoxdur) və ya  restoranlarda verilən bir qarın yeməyə görə yanında olub, təlxəklik ediblər. Amma əsl dostların, səni və övladını tək qoymayacaq, hər zaman yanında olacaqlar! Vasif ola bilər sənin sözlərini düzgün anlamayıb, aqressiv cavab verib. Səninlə belə zarafatı olmadığına görə sözlərini qəbul etməyib. Ümid edirəm ki, oğlun böyüyüb faydalı övlad olacaq və atası ilə yox, anası hər cür əziyyətə qatlaşıb onu böyütdüyü üçün səninlə fəxr edəcək”.

Müğənni Şəbnəm Tovuzlu da xanım həmkarına dəstək olub.

Vasifi qınadılar...

O instaqramda Qəhrəmanova ilə oğlu Həmidin fotosunu paylaşaraq bu sözləri qeyd edib:

“Xalasının ürəyi, sənin bir gülüşün dünyadır. Atanı bütün şou aləmi tanıyır, atasısifət. Yaxşı ki, varsan, Həmidim. Valideynlərinin fəxri olacaqsan”.

Zenfira İbrahimova da Şəbnəmi müdafiə edənlər sırasındadır.

Vasifi qınadılar...

O status yazaraq məsələyə münasibət bildirib:

“Məncə, bir anaya dil uzadıb, söz demək utancvericidir. Hər kəsin bir alın yazısı var. Kimi toylu, kimi toysuz ailə qurub. Bunu rişxənd edib, efirdə milyonlarla insanın qarşısında demək ürəkaçan iş deyil. Sadəcə utancdır”.

Bundan başqa, aparıcı Çinarə Əliyeva Şəbnəmin Vasifə cavab postuna “Razıyam səninlə, ürəyimizsən” şərhini yazıb.

Vasifi qınadılar...

Müğənni Səbinə Əsgərova da mövzu ilə bağlı rəy əlavə edib. O, “IQ yerdə sürünür”, - deyə bildirib.

Vasifi qınadılar...

Qeyd edək ki, V. Məhərrəmli  Qəhrəmanovanın onu “xəsis” adlandırması haqda “10-da görüşək” verilişində danışıb. “Sənin uşağının atası kimdir, Şəbnəm” deyə açıqlama verib. Ş. Qəhrəmanova isə ona instaqramda cavab yazıb. Bildirib ki, Vasif onun uşağının atasını tanıyır və dəfələrlə eyni masa arxasında əyləşib.

Vasifi qınadılar... Vasifi qınadılar...