Müğənni Səidə Sultan Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxslə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi sözügedən şəxsin cəzasından gileylənib. Səidə onun cəzasının artırılmasını istəyib.

Qeyd edək ki, Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. Heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Yayılan videoda itin hündürmərtəbəli binadan yerə atılması əks olunub. Binanın giriş hissəsinin üstünə düşən heyvanın öldüyü bildirilib.