Aktyor  Şəhriyar Əbilov ölkə xaricində daha bir uğura imza atıb.

OLAY yazır ki, Şəhriyar bu dəfə Yaponiya istehsalı olan “ Vivant” serialına çəkilib.

Ekran işinin bir hissəsi Azərbaycanda, digər səhnələri isə ümumilikdə 10 ölkədə lentə alınıb.

Şəhriyar serialda agent obrazına həyat verib. İkinci sezonu təqdim edilən layihənin 30 milyon dollarlıq büdcəsi var.

Həmçinin Yaponiyada reytinq rekordu qıran serialdan sonra Əbilovun sosial media hesablarına yapon izləyicilərin axımı olub, ümumilikdə 5 min istifadəçi aktyoru izləməyə alıb.  
Ekran işi Azərbaycanda Bakı Medi Mərkəzinin dəstəyi ilə çəkilib.

Şəhriyar 30 milyon büdcəsi olan yapon serialına çəkildi Şəhriyar 30 milyon büdcəsi olan yapon serialına çəkildi