Müğənni Günel Zeynalova türk həmkarı Seda Sayanla küsülülüyündən danışıb.
OLAY yazır ki, bu barədə Günel “Sevilən səhər”də açıqlama verib. O deyib ki, Sedayla aralarındakı qalmaqal 16 il əvvəl onun proqramında yaşanıb.
Günelin sözlərinə görə, Seda “Sarı gəlin” Azərbaycan Xalq Mahnısını erməni mahnısı kimi təqdim etdiyi üçün ondan inciyib.
Daha sonra qarşılaşsalar da, onun verilişindən gələn dəvətləri qəbul etməyib.