Xalq artisti Röya Ayxan iki gün əvvəl baş tutan möhtəşəm konsertində “Günahkar kimdi” adlı yeni mahnısını ilk dəfə eksklüziv olaraq səhnədə ifa edib.
OLAY yazır ki, mahnının sözləri Həmid Məmmədliyə, musiqisi isə ifaçının qardaşı İsmayıl Nəcəfzadəyə məxsusdur. İsmail Zadə bu bəstəni Röya Ayxana 25 illik səhnə fəaliyyətinə xüsusi hədiyyə olaraq ərsəyə gətirib.
Artıq “Günahkar kimdi” mahnısı ifaçının rəsmi YouTube kanalında dinləyicilərin ixtiyarına verilib.