Bakıda gecə klubunda baş verən partlayışda yaralanan, TikTok-da paylaşdığı videolarla tanınan Fərqanə Eynullayeva vəfat edib.

OLAY yazır ki, TƏBİB-dən verilən məlumatda onun bir neçə gündür reanimasiyada olduğu bildirilib.

Xəstənin vəziyyəti ağır imiş. O, 60-62 faiz və üçüncü dərəcəli yanıq xəsarəti ilə xəstəxanada yatırmış.

Fərqanə partlayış baş verən klubun sahibi Rəsul Rəsulovla videolarını da öz TikTok səhifəsində paylaşıb.

Partlayışda yaralanan Fərqanə öldü Partlayışda yaralanan Fərqanə öldü