Reper Orxan Zeynallı ötən ilki rekord qıran konsertlərindən 6 ay sonra yenidən səhnəyə çıxıb.

OLAY yazır ki, 6 mindən çox insan qarşısında çıxış edən müğənni “Gemini” adlı gecəsində hitlərini ifa edib. Anşlaqla keçən konsertə “Hər şey zordur. Məkanın sahibi buradadır” sözləri ilə başlayan Orxan fanatlarına onu diqqətdə saxladıqları üçün minnnətdarlığını bildirib.

Orxanın konsertində 6 ay sonra 6 min adam...Ümumilikdə 26 mahnı ifa edən Orxana gecədə Röya Miriyeva, Rizvan Əliyev, Tomris, Okaber, Çinarə Məlikzadə, PRoMete, Vüsal Qasımov, Samir Səlimov, Aynişan Quliyeva kimi sənətçilər yoldaşlıq edib.

Orxanın konsertində 6 ay sonra 6 min adam...Okaber və Aynişan Quliyeva illər sonra ilk dəfə reperin səhnəsinə qonaq olublar. Orxanın tədbirdəki vokalistliyini gənc ifaçı Nərgiz Məcidli edib.

Orxanın konsertində 6 ay sonra 6 min adam...İllər ərzində yazdığı və rəğbət görən mahnılarını səsləndirən Zeynallı “Bütün nəaliyyətləri, uğurları qazanmaq olar, ancaq bunu sevdiyin insanla bölüşəndə məna qazanır. Sevdiyinin qədrini bilmək lazımdır, sonra gec olacaq” sözləri ilə diqqət çəkib.

Orxanın konsertində 6 ay sonra 6 min adam...Zeynallı konsertdə keçmiş HOST qrupunun üzvlərinə, xüsusilə Elxan Zeynallı və ProMete-yə təşəkkür edib.

Orxanın konsertində 6 ay sonra 6 min adam...Tamaaçıların reperlə birgə mahnılar səsləndirdiyi konsert rəngli görüntülərə səhnə olub.

Orxanın konsertində 6 ay sonra 6 min adam... Orxanın konsertində 6 ay sonra 6 min adam...