Meyxanaçı Namiq Qaraçuxurlunun anasının səhhətində problem yaranıb. 

OLAY yazır ki, o, müalicə üçün anası ilə birgə Ərdəbilə yollanıb. Namiq İnstaqramda video paylaşaraq izləyicilərindən dua etmələrini istəyib:

“Bir müddətdir məndən soruşurlar ki, haradasınız. Mən Ərdəbildəyəm. Konsertə görə gəlməmişəm. Anamı həkimə gətirmişəm. Əməliyyat olunacaq. Diqqətiniz üçün təşəkkür edirəm. Dualarınıza ehtiyacım var”.