Əməkdar artist Lalə Məmmədova vahid məktəbli formasına etiraz edən şagirdin videosuna münasibət bildirib.

OLAY yazır ki, L. Məmmədova instaqramda bu şərhi yazıb:

“Gözəl qızım, heç kəs sənin təhsilinin qarşısını almır, əksinə, bizim gələcəyimiz işıqlı beyinlər, iti zəkalar, təmiz inanclar üzərində qurulub! Sənin yaşda pak övladlarımızın beyinləri təəssüf ki, cahil insanların yürütdükləri siyasətlə “yuyulub”. Allah cəzalarını hökmən verəcək! Sən isə Allahı, Vətənini sev və inan Bizim Prezidentimiz belə Konstitusiyaya and içəndə müqəddəs kitabımız olan “Quran-İ Kərim”ə əl basır. Heç kim dinimizi, “Quran”ımızı inkar etmir, hər kəs də dini seçimində azaddır! Ancaq baş örtünmə qərarını yetkin yaşda verməlidir insan, uşaq yaşda ətraf təsirlərlə yox! Biz məscidə girərkən necə ki, bizdən “baş örtmək” tələb olunur, elə də dövlət məktəblərində qanuna tabe olmaq bizim borcumuzdur! Yaşasın azad tolerant,bütöv Azərbaycan”.